Bu gecə Masallı rayonun dəhşətli yol qəzası baş verib.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Alvadı kəndində (rayon mərkəzindən 4 km aralı) baş verib. “KAMAZ” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə, minik avtomobilinin sürücüsü və 3 nəfər sərnişin (şəxsiyyətləri məlum deyil) hadisə yerində ölüblər. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıblar.