Azərbaycanda dekan müavini tikintidən yıxılaraq faciəvi şəkildə öldü - FOTO

SOSİAL
14:17 29.07.2024
1620
AzMİU-nun müəllimi F.Quliyev faciəvi şəkildə dünyasını dəyişib.

AZXEBER.COM xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin dekan müavini Fövzü Quliyev tikintisi davam edən iaşə obyektinin damından yıxılaraq faciəvi şəkildə dünyasını dəyişib. Hadisə F.Quliyev Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin Müayinə qrupunun aparıcı mütəxəssisi olaraq Biləsuvar rayonunu ərazisində vəzifə səlahiyyətlərini icra edərkən baş verib.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, mərhum Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müqavilə əsasında cəlb olunduğu mütəxəssis olub.

Qeyd edək ki, Quliyev Fövzü Manaf oğlu 1976-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində (indiki Ciçəkli) anadan olub. 1994-1998-ci illərdə AzMİU-nun İnşaat Fakültəsində "Şəhər bələdiyyə tikintisi və təsərrüfatı” ixtisası üzrə bakalavr, 1998-2000-ci illərdə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib və hərbi xidmətə yolanıb.2001-ci ildə hərbi xidmətdən ehtiyyata buraxıldıqdan sonra AzMİU-nun"Şəhər bələdiyyə tikintisi və təsərrüfatı” kafedrasında baş laborant vəzifəsinə işə qəbul edilib. 2002-ci ildən başlayaraq əvvəl saat hesabı müəllim, sonra assistent kimi fəaliyyətini davam etdirib. 2012-ci ildə doktoranturaya qəbul olub və 2017-ci ildə "Deformasiya modeli əsasında əyilməyə işləyən dəmirbeton elementlərinin gərginlikli deformasiya halı” mövzusunda dissertasiya işi müdafiə edərək texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

F.Quliyev 2013-cü ildən "Bina və qurğuların istismarı və rekonstruksiyası” kafedrasında baş müəllim, 2021-ci ildən isə "İnşaat konstruksiyaları” kafedrasında dosent vəzifəsində çalışıb. 2022-ci ilin mart ayında isə "İnşaat” Fakültəsində tədris işləri üzrə dekan müavini vəzifəsinə təyin edilib.

O, bu dövr ərzində 40-a yaxın elmi məqalənin, 3 tədris proqramının, 2 dərslik və dərs vəsaitinin müəllifi olub, həmçinin bir çox yerli və beynəlxalq konfranslarda müxtəlif mövzularla çıxış edib.F.Quliyev respublikamızda yüksək ixtisaslı peşəkar mütəxəssis kimi bir sıra Elmi-Tədqiqat İnstitutları və dövlət qurumları ilə əməkdaşlıq edib.Ailəlidir, bir oğulu, bir qızı var.
 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb