Şəmkir sakini dəm qazından boğularaq ölüb.
AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 2000-ci il təvəllüdlü Bəhram İsayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq 23 yaşlı oğlan xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, həmin şəxs yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
Əldə olunan məlumata görə dəm qazından boğularaq ölən şəxs N saylı komando hərbi hissənin kursantı olub.
Faktla bağlı araşdırma aparılır.