Azərbaycanda deputat orta məktəbə direktor təyin olundu

Azərbaycanda deputat orta məktəbə direktor təyin olundu
SOSİAL
23:03 01.02.2023
382
Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı "manset.az” yayıb.

Müvafiq əmrlə Turan Məmmədli 12 nömrəli tam orta məktəbin direktoru təyin olunub. T. Məmmədli bundan əvvəl Babək Rayonu Payızkənd orta məktəbinin direktoru olub.

Bildirək ki, Turan Məmmədli Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatıdır.
OXŞAR XƏBƏRLƏR