Azərbaycanda deputata sui-qəsd edənin oğlu hakim qarşısına çıxarıldı

Azərbaycanda deputata sui-qəsd edənin oğlu hakim qarşısına çıxarıldı
SOSİAL
16:29 06.10.2025
378
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanovun cinayət işi üzrə məhkəmə başlayıb.
 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.Cinayət işi məhkəmə baxışına verilib. Ona DTX-də başlanılmış cinayət işi üzrə AR Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) maddəsi ilə ittiham elan olunub.
 
APA
OXŞAR XƏBƏRLƏR