Azərbaycanda dərsdən evə qayıdan məktəbli güllə yarası aldı

Azərbaycanda dərsdən evə qayıdan məktəbli güllə yarası aldı
SOSİAL
14:59 21.01.2018
3844
Abşeron rayonunun Saray qəsəbəsində məktəb şagirdi silahlı insident nəticəsində gözündən yaralanıb.
 
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə 2001-ci il təvəllüdlü Saray qəsəbə sakini, 10-cu sinifdə təhsil alan Xəlil İlqar oğlu Allahquliyev qardaşı Cəlil ilə birgə dərsdən evə qayıdarkən baş verib.

Naməlum istiqamətdən ov tüfəngindən açılan atəş nəticəsində ətrafa səpilən qırmalardan bir neçəsi Allahquliyev Xəlilin sol göz nahiyəsinə dəyib. Atəşin kim tərəfindən açıldığı hələlik məlum deyil.

Məktəbli ailə üzvləri tərəfindən Sumqayıt şəhərində yerləşən U.Musabəyli adına Rayonlararası Oftalmoloji Xəstəxanasına çatdırılıb.

Tibb müəssisəsindən verilən məlumata görə, X.Allahquliyev gətirilərkən vəziyyəti ağır olub. Ona dərhal tibbi müdaxilə edilib. Kəsilmiş-cırılmış göz nahiyəsi cərrahi əməliyyat olunub. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR