Azərbaycanda devalvasiya olacaq? - Ekspert rəyi

Azərbaycanda devalvasiya olacaq? - Ekspert rəyi
TOP4
13:14 09.03.2020
5240
Bu gün neftin qiymətinin kəskin ucuzlaşmasından sonra maliyyə bazarlarında kəskin dəyişiklik baş verib. Mütəxəssislər buna "Qara Bazar ertəsi" adını verib.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, "Qara Bazar ertəsi"ndən sonra türk lirəsi dollara nisbətdə 1% ucuzlaşıb. Cümə günü 6.07 səviyyəsinə qədər enən Dollar/TL bu gün 6.2027 səviyyəsinə yüksəlib.

Artıq bazar günü həm Rusiyadan, həm də Səudiyyə Ərəbistanından neft müharibəsinin başlanması ilə bağlı açıqlamalar gəldi.

Əvvəla Rusiya prezidenti neftin mövcud qiymətinin Rusiya iqtisadiyyatı üçün məqbul olduğunu elan etdi.

Eyni zamanda Səudiyyə Ərəbistanının yalnız neft satışında qiymətlərdə güzəştlərin tətbiq edilməsi deyil, gündəlik hasilatının 2 milyon barel artırılacağı ilə bağlı açıqlama verdi.

Bundan sonra neftin qiymətinin dünya bazarında kəskin ucuzlaşmasına səbəb oldu. Neftin dünya bazar qiyməti Körfəz müharibəsindən sonra ən aşağı səviyəyə düşüb.

Bundan başqa, Azərbaycan üçün önəmli tərəfdaşlarından olan ölkələrin valyutaları da ucuzlaşır.

Neftin ucuzlaşması Rusiya milli valyutasını da kəskin ucuzlaşdırıb. Beynəlxalq valyuta bazarında Dollar/RUB 68,547 səviyyəsindən 73,227 səviyyəsinə yüksəlib.

Avro/RUB cütlüyü isə 77,352 səviyyəsindən 83,661 səviyyəsinə yüksəlib. Hər iki valyutaya nisbətdə rublun ucuzlaşması tendensiyası davam edir.

İran realı isə 1 ABŞ dollarına nisbətdə 42,000 səviyyəsindədir. İran valyutası da son zamanlar dəyər itirməkdədir.

Gürcüstan valyutası isə digər valyutalara nisbətdə dollara qarşı 2,7760 səviyyəsindən 2,7635 (-0,45%) səviyyəsinə enib.

Bəs dünyada baş verən proseslər Azərbaycan iqtisadiyyatına və valyutasına necə təsir edəcək?

Məsələ ilə bağlı tanınmış iqtisadçı Vüqar Bayramovla əlaqə saxladıq. Ekspert BAKU.WS-ə açıqlamasında bildirdi ki, brend markalı neftin qiyməti 1991-ci ildən sonra ən aşağı nəticə olaraq qiymətləndirilir.

"Neftin dünya bazar qiymətinin növbəti mərhələdə necə dəyişməsi birbaşa OPEC+ ölkələrinin verəcəyi qərarlardan asılı olacaq.

Belə ki, koronavirusun yayılması fonunda neftə olan tələbat azalıb. Koronavirus praktik olaraq qlobal iqtisadi problemə çevrilib.

Onun coğrafiyası genişləndikcə qlobal iqtisadi təsirləri də artır. Nəticə etibarilə dünya iqtisadiyyatında iqtisadi artımı azaldıb.
İqtisadi artım azaldıqca neftə olan tələbat azalır. Bu da təbii olaraq özünü qiymət azalmalarında göstərdi.

Hətta güman edilir ki, Səubiyyə Ərəbistanı bəyan etdiyi kimi əlavə olaraq bazara gündəlik 2 milyon barel neft nəql edərsə, bu zaman qara qızılın dünya bazar qiyməti 25-20 dollara qədər aşağı düşə bilər.

Bu da neft bazarı üçün kifayət qədər kritik hədd hesab oluna bilər. Bu baxımdan OPEC+ ölkələrinin qərarı çox önəmli olacaq”, - deyə mütəxəssis bildirib.

Vüqar Bayramov deyir ki, Azərbaycan üçün də neftin dünya bazar qiyməti çox önəmlidir:

"Nəzərə alsaq ki, ölkəyə daxil olan valyutanın əhəmiyyətli hissəsi enerji ixracatından əldə olunan gəlirdən götürülür.

Azərbaycanın ümumi ixracatının 81 faizini neft məhsulları, digər 8 faizini isə emaledici enerji məhsulları təşkil edir.

Bütövlükdə enerji məhsulları ixracatımızın 89 faizidir. Bu isə o deməkdir ki, neftin dünya bazar qiyməti ölkəyə daxil olan valyutanın həcmini müəyyən edən əsas faktorlardan biridir.

Neftin dünya bazar qiymətinin aşağı düşməsi Azərbaycana daxil olan valyutanın həcminin azalmasına gətirib çıxaracaq.

Bizim üçün hər bareldə 1 dollar azalma ölkəyə daxil olan valyutaya təsir göstərir. Bu da Azərbaycan üçün iqtisadi baxımdan arzuolunan deyil.

Neftin dünya bazarı qiymətinin aşağı düşməsi Azərbaycana fiziki və monitar olaraq təsir göstərir. Belə ki, 2020-ci il dövlət büdcəsində bir barel neftin qiyməti 55 dollar nəzərdə tutulub.

İndiki mövcud qiymət bundan qat-qat aşağıdır. Əgər dəyərlər belə qalarsa, fiziki olaraq büdcəyə proqnozlaşdırılan gəlirlərin əldə edilməsi üçün Dövlət Neft Fondundan daha çox transferlərə ehtiyac ola bilər.

Monitar baxımdan da, təbii ki, neftin qiyməti Azərbaycan üçün çox önəmlidir.
Çünki manatın məzənnəsinə təsir göstərən faktorlardan biri də məhz neftin dünya bazar qiymətidir.

Artıq Rusiya rublu da kəskin ucuzlaşır. Rusiya rublunun ucuzlaşması neftin ucuzlaşmasına birbaşa reaksiyadır. Əvvəllər Mərkəzi Bankın qiymətləndirmələri göstərirdi ki, neftin 50 dollardan aşağı olması bizim üçün yaxşı deyil. Nəzərə alsaq ki, Mərkəzi Bankın valyuta ehtiyatları və manevr baxımından ehtiyatları arzuolunan deyil.

Bu dəfə də Azərbaycan manatının məzənnəsi bütün hallarda Mərkəzi Bankın qərarından asılı olacaq. Dollara tələbat artacaq.

Neftin ucuzlaşması fonunda dollara olan tələbat bir neçə dəfə artacaq. Bütün neft ölkələrində dollara olan tələbat artıb.

Bu, artıq özünü həmin ölkələrin valyutasında göstərir. Azərbaycanda da dollara olan tələbat artacaq. Praktiki olaraq son günlər onsuz da dollara olan tələbat artmışdı. Bu konteksdən Mərkəzi Bankın mövqeyi çox önəmlidir.

Nəzərə alsaq ki, Azərbaycanda üzən valyuta rejimi yoxdur. Ona görə də Mərkəzi Bankın mövqeyi manatın məzənnəsini müəyyən edir. Lakin biz iqtisadçı olaraq mövcud vəziyyəti qiymətləndirsək, onu deyə bilərik ki, dollara olan tələbat artacaq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Həftə sonu bürcləri nələr gözləyir? - Hansı bürclər varlanacaq?
11:24 31.07.2026
Həftə sonu bürcləri nələr gözləyir? - Hansı bürclər varlanacaq?
Azərbaycanda oğul atasını bıçaqladı
11:15 31.07.2026
Azərbaycanda oğul atasını bıçaqladı
Azərbaycan Hava Yolları Tbilisi və İstanbul istiqamətində reyslərin sayını artırır
11:06 31.07.2026
Azərbaycan Hava Yolları Tbilisi və İstanbul istiqamətində reyslərin sayını artırır
40 mindən çox doğum, 165 ölü doğum – Rəsmi rəqəmlər açıqlandı
10:56 31.07.2026
40 mindən çox doğum, 165 ölü doğum – Rəsmi rəqəmlər açıqlandı
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
10:36 31.07.2026
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
“Bakı Metropoliteni”ndə yeni təyinatlar var
10:18 31.07.2026
“Bakı Metropoliteni”ndə yeni təyinatlar var
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
10:04 31.07.2026
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
09:59 31.07.2026
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
09:55 31.07.2026
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
09:47 31.07.2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
09:31 31.07.2026
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
09:23 31.07.2026
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
09:17 31.07.2026
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
09:10 31.07.2026
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
09:07 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
09:06 31.07.2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar