Hazırda Azərbaycanda 1000-dən çox şəxs doktorant təhsili alır. Bunu Azərbaycanın Təhsil naziri Misir Mərdanov Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən və "Boloniya prosesi çərçivəsində həyata keçirilən fəlsəfə doktoru proqramları"nın müzakirəsinə həsr edilmiş seminarda deyib.Trend-ə istinadən verdiyi məlumatıa görə, Təhsil naziri Azərbaycanda 2009-cu ildə qəbul edilən yeni "Təhsil haqqında" qanuna görə, doktorantura təhsili ali təhsilin ən yüksək səviyyəsi hesab edilib. Hazırda Azərbaycanda fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorantura təhsili aparılır.Nazirin sözlərinə görə, iki gün davam edəcək seminar Avropa İttifaqının TAİEX proqramı çərçivəsində TN və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilir. Seminarın əsas məqsədi Aİ-yə üzv olan ölkələrdə və Azərbaycanda fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi sahəsində aparılan siyasəti, doktorluq proqramlarının konsepsiyasını və prosedurlarını Boloniya prosesinin tələbləri baxımından müzakirə etməkdir. Tədbirdə həm də fəlsəfə doktoru proqramları üzrə təhsilin mövcud vəziyyəti, bu sahədə müxtəlif ölkələr tərəfindən qazanılan təcrübə və doktorantura təhsilinin təkmilləşdiriıməsinə yönəlmiş tədbirlər müzakirə ediləcək.Mərdanov deyib ki,Azərbaycan Təhsil Nazirliyi Aİ-nin Tvininq və TAİEX proqramlarında 2009-cu ildən iştirak edir. Bu günədək TN tərəfindən Aİ-a Tvininq və TAİEX proqramları üzrə 10-dan artıq layihə təqdim edilib. Nəticədə 2 Tvininq və 4 TAİEX layihəsi qazanılıb.Azərbaycan Milli Elmlər Akademiyasınln vitse-prezidenti Arif Həşimov isə bildirib ki. doktorantura təhsili alanların əksəriyyəti gənclərdir. Azərbaycanda bır sıra sahələr üzrə yüksək hazırlıqlı mütəxəssislərə böyük ehtiyac var.