Azərbaycanda dollar satışının kəskin artmasının səbəbi nədir?

İQTİSADİYYAT
11:14 03.12.2021
316
"Bu, mövsümi xakarterdən qaynaqlanır. Bir sıra hallarda mövsümi amillərdən asılı olaraq idxal prosesində müəyyən azalmalar və ya artımlar baş verir".

AZXEBER.COM xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov Azərbaycanda dollar satışının noyabrda əvvəlki aylarla müqayisədə kəskin artması səbəblərindən danışarkən deyib:

"Sadəcə olaraq noyabrda əvvəlki aylara nisbətən auksionlara çıxarılan dolların səviyyəsi daha çox olub. Nə qədər çıxarılıbsa, o qədər də satılıb və bu tələbatın artması indiqatoru deyil.

Amma ümumiyyətlə, heç zaman dollara tələbat azalmayıb. Tələb-təklif eyni səviyyədə qalıb. Sadəcə olaraq, bank sistemində olan məhdudiyyətlər, vətəndaşların və yaxud şirkətlərin banklardan dollar almasının əngəl məsələyə çevrilməsi, bir sıra mübadilə məntəqələrinin bağlanması əslində qara bazarın formalaşmasına gətirib çıxarıb. İndiki qara bazar sovetlər dönəmi və ya keçid dövründə olan ənənəvi qara bazar deyil. Hazırda sosial şəbəkələr üzərindən də vətəndaşlar mübadiləni həyata keçirir".
Qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən cari ilin noyabrında 853,6 milyon dollar məbləğində vəsait satılıb. Oktyabrda isə bu rəqəm 540 milyon dollar olub. Bu isə o deməkdir ki, noyabrda satılan məbləğin həcmi oktyabra nisbətən 58 faiz çox olub.

OXŞAR XƏBƏRLƏR