Azərbaycanda dollar yenidən bahalaşmağa başladı

İQTİSADİYYAT
18:56 26.04.2017
1747
Banklarda dollar bahalaşmaqda davam edir.  
 
"Marja” xəbər verir ki, saat 16:15-ə olan məlumata görə, Dolların alış qiymətini Nikoil Bank 1.6755 manatdan 1.6805 manata, Günay Bank 1.6780 manatdan 1.68 manata, TuranBank isə 1.6750 manatdan 1.68 manata qaldırıb. Beləliklə, Dolların ən yüksək alış qiyməti 1.68 manata keçib. Günay Bank isə Dolların satış qiymətini 1.69 manatdan 1.6920 manata qaldırıb. ExpressBank Dolların satış qiymətini 1.69 manatdan 1.7040 manata qaldırıb. Nəticədə, Dolları ən ucuz -1.69 manatdan satan bankların sayı azalıb. Günorta saatlarında AmrahBank Dolların satış qiymətini 1.6850 manatdan 1.69 manata, GünayBank 1.6880 manatdan 1.69 manata, NBC Bank isə 1.68 manatdan 1.69 manata qaldırmışdı. Digər banklar artıq Dolları 1.70 manatdan yüksək qiymətlərə satırlar.
 
Hazırda Dolları 1.69 manatdan AmrahBank və NBC bank satırlar.

OXŞAR XƏBƏRLƏR