Azərbaycanda dolların ucuzlaşmasının gerçək səbəbləri

Azərbaycanda dolların ucuzlaşmasının gerçək səbəbləri
SOSİAL
15:05 01.04.2016
2763
"Milli valyutamız fevral ayının sonları və martın əvvəlindəki dəyərsizləşmədən sonra yenidən möhkəmlənməyə başlayıb. Manatın möhkəmlənməsi və xarici valyuta təklifinin artması daha çox əvvəlki aylarda müşahidə edilən sürətli dollarlaşma prosesi ilə bağlıdır".
Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov söyləyib. Onun sözlərinə görə, ikinci devalvasiyadan sonra bankların movcud nağd aktivləri əsasən dollarlaşıb. Nəticədə, mart ayının ikinci yarısından başlayaraq bankların bir qismi öz dollar aktivlərini müəyyən hissəsini manata çevirməyə başlayıblar. Bu isə dollar təklfini artırdı:
"Bəzi banklar son günlər ayrı-ayrılıqda bazara 15 milyon dollara yaxın xarici valyuta çıxarıblar. Manatın mərhələli möhkəmlənməsi əhalinin dollar satışını da artırıb. Bəzi vətəndaşlarımız dolların daha çox ucuzlaşacağından ehtiyatlanaraq bunu edirlər, bəziləri isə cari xərcləmələr üçün dollarını dəyişirlər. Təbii ki, bayram günləri ölkəyə gələn turistlərin sayının çox olması da bankların dollar ehtiyatlarına təsir göstərdi. Bu günlərdə bankların bir qismi özləri üçün məqbul məzənnə ilə dollar alışı həyata keçirdilər. Eyni zamanda Mərkəzi Bank tərəfindən manat bazasının azaldılması da məzənnəyə təsir göstərir. Mərkəzi Bankın siyasəti "az manat və dollara olan az tələbat” prinsipini hədəfləyib. Faktiki olaraq, Mərkəzi Bank pul bazasını 5 milyarddan aşağı endirib. Bu isə o deməkdir ki, rəsmi statistikaya əsasən pul bazası son 1 ildə 2 dəfədən çox azalıb".
Mütəxəssis bildirir ki, bu gün vətəndaşlar və biznesdə manat qıtlığı müşahidə edilir. İkinci kəskin devalvasiya nəticəsində nəinki vətəndaşlar, hətta biznes də əllərində qalan manatın əksəriyyətini dollara çevirmək məcburiyyətində qaldılar: "Bu gün bir tərəfdən manat qıtlığı var, digər tərəfdən vətəndaşlar yığdıqları dolları cari xərclər üçün manata çevirməyə məcburdurlar. Yəni, manatın möhkəmlənməsinin iqtisadi səbəbləri inzibati müdaxilədən yaranan amillərdir. Nəticədə son zamanlar Dövlət Neft Fondu auksiona dollar çıxarırsa da tam satılmır. Bununla yanaşı, reallıq bundan ibarətdir ki, bu günki rəsmi məzənnə bazardakı tarazlıq kursu deyil. Mərkəzi Bank bazardan tamamilə çəkildiyini elan etsə, o zaman manatın bazardakı tarazlıq məzənnəsi indikindən daha aşağı olacaq. Ancaq hələlik Mərkəzi Bank və Dövlət Neft Fondu bazarda qalır".
V.Bayramovun fikrincə, növbəti günlərdə milli valyutanın məzənnəsinin möhkəmlənəcəyi güman edilir: "Çünki bazarın dollar satışı yüksəkdir, xarici valyutaya isə tələb azdır. Eyni zamanda, dolların manata nisbətən son ucuzlaşmalarından ehtiyatlanan vətəndaşların da dollarlarını manata çevirməyi davam etdirəcəyi də gözəlinilir. Bu isə növbəti günlərdə də dollara sifarişin azalmasına gətirib çıxara bilər. Amma mövcud iqtisadi şərtlər, o cümlədən neftin dünya bazarındakı indiki qiyməti ilə prosesi uzun müddət aparmaq mümkün deyil. Bazarın kənar intervensiyalar olmadan uzun müddətli dövr üçün tarazlı dollar təklifi formalaşdırmaq imkanları məhduddur. Eyni zamanda Mərkəzi Bankın pul bazasını necə dəyişməsi də bazara təsir göstərəcək. Mərkəzi Bank manat bazasını genişləndirsə, o zaman milli valyutanın möhkəmlənmə prosesi dayanacaq. Bütün hallarda ötən illərdə də tövsiyyə etdiyim kimi pulun valyuta səbəti formasında saxlanması vətəndaşları və biznesi bütün valyuta risklərindən qoruyur. Dollar, avro və milli valyutadan istifadə etməklə formalaşan səbət ən risksiz hesab edilir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?
Arzum ev dustaqlığına buraxıldı
12:40 22.07.2026
Arzum ev dustaqlığına buraxıldı
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
12:36 22.07.2026
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
12:23 22.07.2026
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
Azercell media nümayəndələrini təbrik edir
12:17 22.07.2026
Azercell media nümayəndələrini təbrik edir
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
12:13 22.07.2026
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
12:05 22.07.2026
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
11:59 22.07.2026
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
11:57 22.07.2026
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
11:54 22.07.2026
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
11:50 22.07.2026
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
11:33 22.07.2026
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
Arzumun cəzasının ağırlaşdırılması istənildi
11:21 22.07.2026
Arzumun cəzasının ağırlaşdırılması istənildi
Azərbaycan komandası Avropa Universitet Oyunlarında dörddəbir finala yüksəldi
11:14 22.07.2026
Azərbaycan komandası Avropa Universitet Oyunlarında dörddəbir finala yüksəldi