Azərbaycanda doqquz gün iş olmayacaq - Bu iqtisadiyyata necə təsir edəcək?

Azərbaycanda doqquz gün iş olmayacaq -  Bu iqtisadiyyata necə təsir edəcək?
İQTİSADİYYAT
13:13 21.02.2015
3095
Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2015-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib

Novruz bayramı ilə əlaqədar martın 20-dən 24-dək qeyri-iş günləridir. Lakin martın 21 və 22-i şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25-i və 26-sı, son dəyişikliyə görə isə 27-si də qeyri-iş günü olacaq. Martın 29-u isə iş günüdür. Bir sözlə, Novruz bayramı ərəfəsində dövlət müəssisələrində 9 gün qeyri iş günü olacaq.

Maraqlıdır, iqtisadi böhran yaşandığı bir dövrdə 9 günlük bayram tətili ölkəyə neçəyə başa gələcək? 9 gündə Azərbaycan nə itirəcək, nə qazanacaq? 

AZXEBER.COM xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov musavat.coma-a bildirib ki, 9 gün bayram gününün olması iqtisadi cəhətdən arzu olunan deyil: “9 gün bayram tətilinin elan edilməsində qazanan tərəf yalnız turizm sektoru olacaq. Nəzərə alsaq ki, turizm sektoru adətən istirahət günlərinin və ya bayram günlərinin çox olmasından, yerli müştərilərin cəlb edilməsi baxımından gəlir əldə edə bilir. Bayram günlərinin çox olması vətəndaşların ölkə daxili turizm, bəzilərinin isə xarici ölkələrə səyahət etmək üçün turizm xidmətindən istifadə etməsinə gətirib çıxarır. Bu baxımdan bayram günlərinin çox olmasından qazanan tərəf turizm sektorudur. Güman olunur ki, nəqliyyat sektoru da qazanan tərəfdir.

Çünki bu sektorda ölkə daxili, ölkə xarici, hava nəqliyyatı və dəmiryol nəqliyyatından daha çox gəlir əldə etmək olur. Amma 9 günlük qeyri iş gününün mənfi, psixoloji tərəfləri də var. Çünki adətən insan 9 gün işləməyibsə, onda müəyyən tənbəllik formalaşır. Psixoloji olaraq işə yanaşmada müəyyən çətinliklər formalaşır. Bunun da mənfi psixoloji tərəfləri var. Digər mənfi cəhət isə həmin qeyri-iş günlərində əlavə dəyərin nisbətən az yaradılması ilə bağlıdır. Belə ki, bayram günlərində, xüsusən şirkətlərin və dövlət müəssisələrinin dəyər vergisiz çalışmadığı üçün həmin iş yerlərinin yaranan dəyərin məbləğini azaldır. Bütün hallarda məhz bu birmənalı şəkildə iqtisadiyyata nisbətən az dəyərin yaradılması formasında təsir göstərir. Sözsüz ki, sonrakı dövrdə işçilər həmin dəyəri kompensasiya edə bilər. Amma bütün hallarda xüsusən də 9 günlük qeyri iş və bayram günlərinin olması iqtisadi baxımdan arzu olunan deyil”.

Bəs, dünya ölkələri öz milli bayramlarında neçə gün istirahət edirlər? Bu ölkələrdə də bayram günləri bizdəki kimi uzun olurmu?

Bunu öyrənmək üçün internet üzərindən kiçik bir araşdırma apardıq və məlum oldu ki, dünyada ən çox qeyri-iş, bayram günləri Şri-Lankadadır. Bu ölkə vətəndaşlarının məzuniyyətdən savayı, ildə 24 gün istirahət etmək şansı olur. İran, Maldiv adaları və Braziliyada belə günlərin sayı 21-dir. Hökumət Hindistanda 18, Cənubi Koreyada 17, Yaponiyada 15 bayram günü müəyyənləşdirib. Avstraliya və İsveçrədə 11, Sinqapur, İrlandiya və Niderlandda 10, Britaniyada 9, Kubada 8, Sloveniyada 16, Avstriya və Çexiyada 15, Kipr və Slovakiyada 14, Rusiyada 12 qeyri-iş günü var.

YUNESKO-nun qiymətləndirmələrinə görə, dünya üzrə qeyri-iş günlərinin orta statistik rəqəmi 12,2 gündür. Almaniya vətəndaşları 13, İtaliya 12, ABŞ isə 11 gün evində bayram edir. MDB ölkələrindən Belarusda 13, Rusiyada 11, Ukraynada 10 gün qeyri-iş günü var.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
13:23 15.08.2025
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
13:20 15.08.2025
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
Tarixdə bu gün - 15 avqust nə günüdür?
13:16 15.08.2025
Tarixdə bu gün - 15 avqust nə günüdür?
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
13:05 15.08.2025
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA
13:01 15.08.2025
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA