Azərbaycanda dörd məhkum ölüb: biri tanınmış falçı idi

Azərbaycanda dörd məhkum ölüb: biri tanınmış falçı idi
SOSİAL
12:14 06.12.2016
4855

 

Azərbaycanda son beş gün ərzində 4 məhkum vəfat edib.

Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunan məhkumlar - 1949-cu il təvəllüdlü Saraxanım Babayeva, 1976-cı il təvəllüdlü Nurlan Həmidov, 1970-ci il təvəllüdlü Sədaqət Musayeva və 1962-ci il təvəllüdlü Marayev Yevgeni dünyasını dəyişiblər.
 
Qeyd edək ki, dünyasını dəyişən məhkumlardan S. Babayeva tanınmış falçı olub. O özünü "ilahi qüvvəyə malik falçı" kimi təqdim edərək müxtəlif şəxslərin etibarından sui-istifadə edib, onları aldadıb. Törətdiyi cinayət əməlinə görə S.Babayeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilərək 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.


///APA
OXŞAR XƏBƏRLƏR