Azərbaycanda dördüncü sinif şagirdini maşın vurdu - DİN-dən açıqlama

Azərbaycanda dördüncü sinif şagirdini maşın vurdu - DİN-dən açıqlama
SOSİAL
22:32 14.03.2024
224
Şirvan şəhərində orta məktəb şagirdini maşın vurub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu gün saat 12 radələrində Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Ramiz Tahirov idarə etdiyi "Hyundai” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən məktəbli, 2015-ci il təvəllüdlü azyaşlını vurub.

Azyaşlı hadisə nəticəsində yüngül xəsarətlər alıb.

Faktla bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR