Azərbaycanda dünyaca məşhur yazıçı və şairlərin guşələri yaradılır

GƏNCLİK
23:48 21.11.2012
1581

Dünya Azərbaycanlı Gənclər Birliyi növbəti layihəyə start verib.

AZXEBER.COM xəbər verir ki, layihə çərçivəsində dünyaca məşhur yazıçı və şairlərin ev muzeyləri, fondları ilə əlaqə yaradılaraq, Azərbaycan dilinə tərcümə və nəşr olunmuş əsərləri həmin yazıçı və şairlərin ev muzeylərinə göndəriləcək. Bununla da onların Azərbaycan guşələri yaradılacaq. Bu siyahıya Ernest Heminquey, Mark Tven, Conatan Svift, Teodor Drayzer, Viktor Hüqo, Migel de Servantes, Cek London, Aleksandr Düma, Gi de Mopassan, İohann Höte, Fyodr Dostoyevskiy, Lev Nikolayeviç Tolstoy və s. yazıçılar və şairlər daxildir. Layihənin məqsədi həmin ev muzeylərində Azərbaycan guşəsi yaratmaqla Azərbaycan oxucusunun dünya ədəbiyyatına verdiyi marağı, önəmi göstərməkdir. Qeyd edək ki, layihə davamlı və genişmiqyaslı istiqamət xarakteri daşıyır.

OXŞAR XƏBƏRLƏR