Azərbaycanda dünyada analoqu olmayan qolf kompleksinin inşasına başlanıldı

İDMAN
08:01 28.01.2013
1302
Qəbələ rayonunda ilk dəfə olaraq qolf kompleksinin inşasına başlanılıb. Ərazidə iş aparan “Şinçar” tikinti şirkətinin iş icraçısı Məhəmməd Abdurrəhmanov AzərTAc-a bildirib ki, dünyada analoqu olmayacaq yeni müasir qolf kompleksinin tikintisinə 2013-cü ilin yanvarında başlanılıb. Bunun üçün Qəbələ şəhərində, Dəmiraparan çayının sol sahilindəki Şonqar bulağı adlanan ərazidə 82 hektar torpaq sahəsi ayrılıb.Hazırda ərazinin hamarlanması, kol-kosdan təmizlənməsi işləri aparılır. Bundan əlavə qolf meydançalarında nəzərdə tutulmuş iki süni göldən birinin qazıntısına başlanılıb. Ərazidə Qolf Akademiyası üçün inzibatı binanın, otelin, istirahət üçün kottejlərin və texniki binaların tikilməsi də nəzərdə tutulub.Ərazidə 5 ekskavator, 3 buldozer, 2 möhkəmləndirici slindir və 18 ədəd iritutmlu yuk daşıyan avtomobil işləyir. Tikinti işlərinin iki il müddətində başa çatdırılması planlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR