Azərbaycanda dövlət qurumunun fəhləsi dünya çempionu oldu

Azərbaycanda dövlət qurumunun fəhləsi dünya çempionu oldu
SOSİAL
17:29 18.12.2019
3421

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşı dünya çempionatında birinci olub.

Agentlikdən AZXEBER.COM-a verilən məlumata görə, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində 4-8 dekabr tarixlərində keçirilən "World Raw Powerlifting” dünya çempionatında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində fəhlə vəzifəsində çalışan Nicat Xosrovzadə birinci yerə layiq görülüb.

Nicat Xosrovzadə 125 kq çəki dərəcəsində 360 kq ağırlığı qaldıraraq birinciliyi əldə edib və bayrağımızı dalğalandırıb.

OXŞAR XƏBƏRLƏR