Mərkəzi Bankın rəsmi saytının verdiyi məlumata görə, bugünkü məzənnəyə əsasən, 1 dollar 1,0517 manat təşkil edir.
AZXEBER.COM-un məlumatına görə, bu xəbər əhali arasında təşvişə səbəb olub. Əhali dünən axşam saatlarından etibarən dollar almaq üçün bankların önündə növbə yaradıblar. Bu gün səhər saatlarından isə dolların qalxmasını bəhanə edən bəzi banklar dollar öz istədikləri kursla satmağa başlayıblar.
Məsələ ilə bağlı kiçik araşdırma apardıq və məlum oldu ki, Azərbaycanda faəliyyət göstərən bir çox bannkda dolların kursu 1,0700 manat təşkil edir. Dolları ən baha satan banklar isə "Unibank" "Xalqbank" "Yapıkredi" "Dəmirbank"dır.
Dolları ən ucuz qəbul edən banklar isə "Paşa Bank" və "Ata Bank" olub. "Zamin bank" və "Access Bank"ın rəsmi saytında isə dünənki məzənnəni yeniləməyib. "Beynəlxalq bank"ın rəsmi saytı olan ibar.az isə ümumiyyətlə açılmır.
Bu günə olan kursları bankarın rəsmi saytlarına istinadən təqdim edirik:
Ozal İbrahimli