Katarakt

Azərbaycanda elektrik cərəyanı iki uşağı vurdu: Biri öldü

SOSİAL
10:57 14.06.2021
786
Qubada iki uşağı elektrik cərəyanı vurub.

Hadisə dünən rayonun Zərdabi qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakinləri 2009-cu il təvəllüdlü Polad Fərhad oğlu Fərhadov və 2008-ci il təvəllüdlü Uğur Xəyyam oğlu Bayramov birlikdə oynadıqları zaman qəsəbədənkənar ərazidə yüksək gərginlikli xəttin üzərində yerləşən ayırıcı açarın qutusunu açaraq, əlləri ilə açara toxunublar.

Hadisə nəticədə, P.Fərhadov hadisə yerində ölüb, U.Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.
 
///Oxu.Az

OXŞAR XƏBƏRLƏR