Azərbaycanda elektron siqaret və "vape" qadağan ediləcək? - Ekspertlər şərh etdi

ÖZƏL
16:04 30.04.2024
975
Məlum olduğu kimi, bir müddət deputat Tahir Mirkişili Mlli Məclisin plenar iclasındakı çıxışında elektron siqaret və "vape"lərin ölkədə qadağan olunması ilə əlaqədar təkliflə çıxış edib.
 
Deputat mövzu barədə araşdırma apardığını və bu cür tüstü məhsullarının gələcəkdə gənc nəsillər üçün ciddi fəsadlar yarada biləcəyinə işarə edib, habelə Azərbaycanın elektron siqaret və "vape" kimi zərərli məhsulları istehsal etməyini də dilə gətirərək sözügedən idxal məhsullarının ölkədə qadağan edilməsiylə əlaqədar təşəbbüs göstəriləcəyini anons edib.
 
Bəs, görəsən Azərbaycanda bu hal baş verərsə, mövcud situasiyanın iqtisadiyyata hansı müsbət və mənfi təsirləri ola bilər?
 
Məsələ ilə əlaqədar AZXEBER.COM-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, Azərbaycanda tüstü məhsullarının qadağan edilməsi ehtimalı iqtisadiyyata pozitiv və neqativ təsir etməyəcək:

 

"Qeyd etdiyiniz halın iqtisadiyyata pozitiv və neqativ təsirini düşünmürəm. Buna səbəb isə danışdığımız gözlənilən prosesin alternativlərinini olmasıdır. Yəni, digər formada ölkəyə idxal həyata keçiriləcəkdir. Müəyyən qadağalar tütün istehsalçıları istiqaməti üzrə bu sahədə daha böyük canlanma yarada bilər. Amma əhalinin sağlamlığı baxımından, mən düşünürəm ki, istər məhdudiyyətlər, istərsə də bu qəbildən olan digər addımları birmənalı olaraq dəstəkləyirəm və bunun iqtisadiyyata hər hansısa bir zərər vuracağını düşünmürəm".
 
Yarana biləcək iqtisadi duruma münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli AZXEBER.COM-a açıqlamasında bildirib ki, elektron siqaretin və hansısa tütün məhsulunun qiymətinin artmasının Azərbaycan iqtisadiyyatı üçün heç bir ciddi təhdidi yoxdur:

 

"Azərbaycanda elektron siqaretin qadağan olunmasının iqtisadiyyata heç bir ciddi təsiri ola bilməz. Çünki bu məhsulların istehsalı ölkəmizdə müşahidə edilmir. Düşünəndə ki, əgər elektron siqaret qadağan olunsa iş yerləri bağlanar, insanlar işsiz qalar, lakin belə bir hal da gözlənilmir. Sadəcə ölkədə qeyd edilən məhsula qarşı tələbat azalacaq. Vətəndaş görəcək ki, bunu almaq olmur, alternativ məhsuldan yararlanacaq. 
 
Hazırda tüstü məhsullarının qiymətində rüsum tətbiq edilməyib. Əksər halda aksizlər qiymət artımına ciddi təsir göstərir. Əhalinin tələbatında kəskin sıçrayış yoxdur ki, hansısa artıma səbəb olsun. Yaxud dünyada tütün məhsulları kəskin dərəcədə artmayıb ki, qiyməti bahalaşsın. Ona görə də mən indiki halda və yaxın aylarda belə bir qiymət artımı görmürəm".
 
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda dərc edilib.

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər