Azərbaycanda əmək haqları və pensiyaların məbləği artırılacaq - XOŞ XƏBƏR
İQTİSADİYYAT
13:03 29.10.2012
3039
Gələn il Azərbaycanda əmək haqları və pensiyaların məbləği artırılacaq. «APA-ECONOMICS»in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib. Onun sözlərinə görə, maaş və pensiyaların artırılması, eləcə də digər sosial proqramlar son illərin dövlət büdcəsinin xarakterik xüsusiyyəti olub. «Hesab edirəm ki, bu ənənə növbəti ildə də davam etdiriləcək», - deyə S.Şərifov bildirib.