Azərbaycanda əməliyyat – 70-dən çox insan saxlanıldı

Azərbaycanda əməliyyat – 70-dən çox insan saxlanıldı
SOSİAL
12:12 08.03.2019
5538
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 30 cinayətin üstü "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 31 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.
OXŞAR XƏBƏRLƏR