Azərbaycanda əməliyyat zamanı 50 nəfər saxlanıldı

Azərbaycanda əməliyyat zamanı 50 nəfər saxlanıldı
SOSİAL
12:43 28.05.2019
4938
Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilən 22 cinayətin üstü "isti izlər”lə açılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a məlumat verilib.

Verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb. 
OXŞAR XƏBƏRLƏR