AZXEBER.COM informasiya portalı 545 minlik rəsmi səhifəsində "Azərbaycan televiziyalarında yayımlanan seriallarından ən çox hansını izləyirsiz?" adlı sorğu keçirib.
Sorğuda 1 gün ərzində 40 minə yaxın insan iştirak edib. Sosial şəbəkə istifadəçiləri ATV və Xəzər TV-də yayımlanan serialların keyfiyyətindən və səviyyəsindən razı qaldıqlarını deyiblər.
Sorğuda birinci yeri ATV-də yayımlanan "Vicdan haqqı" serialı tutub, ikinci yer isə bu mövsüm başlayan və Xəzər TV-də yayımlanan "İmtahan" serialı olub.
Daha sonrakı yerləri isə Xəzər TV-də yayımlanan Ata Ocağı, Baldız ATV-də yayımlanan Barama, Laləli Saray, Ögey Ana serialları tutub. Maraqlıdır ki, digər telekanallarda yayımlanan serialların adı çəkilməyib.
İstifadəçilərin yarıdan çoxu isə Türkiyə seriallarını izlədiklərini deyiblər.
Sorğuya gələn cavablarla buradan tanış ola bilərsiz:
https://www.facebook.com/azxeber1/posts/1578182462218121