Azərbaycanda daha geniş yayılan xüsusi təhlükəli yoluxucu epidemiya quduzluqdur
Bu yaxınlarda Nazirlər Kabineti yeni qərar qəbul edib. Qərara əsasən, xüsusi təhlükəli yoluxucu xəstəliklər siyahısında dəyişikliklər olunub. Belə ki, 30 iyun 2011-ci il tarixli immiqrasiya haqqında 105 saylı qərara əsasən xüsusi təhlükəli yoluxucu xəstəliklərin siyahısına hemorogik virus qızdırmaları və sarı qızdırma əlavə olunub. Respublika Taun Əleyhinə Stansiyanın Epidemiologiya şöbəsinin müdiri Rita İsmayılovanın sözlərinə görə, laboratoriyada aparılan araşdırmalar zamanı ölkə ərazisində hemorogik və sarı qızdırmaya rast gəlinməyib. Bu səbəbdən qeyd olunan viruslar xüsusi təhlükəli yoluxucu xəstəliklər siyahısından çıxarılıb. Xüsusi təhlükəli yoluxucu xəstəliklər arasında daha çox müşahidə olunanı brüsselyoz xəstəliyidir ki, bununla da bağlı vəziyyət qənaətbəxş hesab olunur. Şöbə müdirinin sözlərinə görə, ötən illərlə müqayisədə brüsselyoz xəstəliyinə yoluxanların sayında artım müşahidə edilməyib. Xəstəlik daha çox Azərbaycanın rayonlarında qeydə alınıb. Regionlar arasında bu siyahıya İmişli rayonu liderlik edir. Araşdırmalar zamanı xüsusi təhlükəli yoluxucu xəstəlik hesab olunan taun aşkarlanmayıb. Ölkədə daha çox təsadüf edilən yoluxucu xəstəlik quduzluqdur ki, keçən il bu virusa tutulanların sayı 8 nəfər olub. Lakin ötən illərlə müqayisədə bu xəstəlikdə də artım müşahidə olunmayıb. 2012-ci ildə heyvan dişləmələrinin sayında artım müşahidə edilib. (anspress)