Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb
SOSİAL
13:06 07.02.2024
216
Növbədənkənar prezident seçkisində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.

Saat 12:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 54,67% olub.

Saat 12:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov 1-ci seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 23,69% olub.

Qeyd edək ki, prezident seçkisində saat 12:00-dək olan məlumata əsasən, respublika üzrə 2 499 033 nəfər səs verib, seçici fəallığı 38,57 faiz olub.
 
///APA
OXŞAR XƏBƏRLƏR