Azərbaycanda ənənəvi “Baku Cup” beynəlxalq tennis turniri başlayıb

İDMAN
16:22 26.07.2015
1617

Bakı Tennis Akademiyasında “WTA international” seriyalı ənənəvi beynəlxalq tennis turniri keçirilir.

AZXEBER.COM-un AZƏRTAC-a istinadən xəbər verir ki, 250 min ABŞ dolları uduş fondu olan turnirdə dünyanın tanınmış tennisçiləri iştirak edirlər. Bu il Bakıya 2014-cü il Avstraliya çempionatının finalçısı Dominika Tsıbulkova (Slovakiya), Françeska Skyavone (İtaliya), Boyana Yovanovski (Serbiya) və Roberta Vinçi (İtaliya) gəliblər.

İyirmiyə yaxın ölkədən gələcək tennisçilərdən, həmçinin belçikalı Yanina Vikmayer və Kristen Flipkensi qeyd etmək olar. Ötən il yarımfinalda oynayan Stefani Voegele (İsveçrə), Anastasiya Pavlyuçenkova (Rusiya Federasiyası), Kurumi Nara (Yaponiya) kimi tennisçilər də bu il turnirə qatılacaqlar. Bu il güclü tennisçilərin iştirak edəcəyi turnirdə gərgin və maraqlı mübarizələrin tamaşaçıları tennis kortlarına cəlb edəcəyi gözlənilir.

Daha əvvəl Bakıya gələn ən yüksək reytinqli tennisçi Vera Zvonareva (Rusiya Federasiya) olub. O, 2011-ci ildə keçirilən turnirdə dünya üçüncüsü qismində çıxış edib.

“Baku Cup” turnirinin daha əvvəlki qalibləri Vera Zvonareva (Rusiya, 2011-ci il), Boyana Yovanovski (Serbiya, 2012-ci il), Elina Svitolina (Ukrayna, 2013 və 2014-cü illər) olublar.

Ölkəmizdə beşinci dəfə keçirilən turnir avqustun 2-dək davam edəcək.

Artıq turnirdə iki qarşılaşma keçirilib.

Özbəkistan təmsilçisi Niqina Abdurrahimova rusiyalı Ksenia Likinanı hər iki setdə 6:3 və 6:4 hesabı ilə məğlub edərək təsnifat mərhələsinin final raunduna yüksəlib.

Azərbaycan tennisçisi Amina Dikin ukraynalı Olqa Yançukla görüşü isə Ukrayna təmsilçisinin 6:2 və 6:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, ukraynalı tennisçi də final raunduna adlayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
12:02 26.02.2025
HƏMAS və İsrail razılaşdı - Əsir mübadiləsi eyni vaxtda həyata keçiriləcək
11:52 26.02.2025
13 illik həyat yoldaşından boşanan müğənni Farahla sevgilidir
11:43 26.02.2025
Suriya xalqı İsrailin hücumlarını qınamaq üçün küçələrə çıxdı
11:42 26.02.2025
16 nəfərin ölümünə səbəb olan etil spirti məsələsi ARAŞDIRILIR
11:37 26.02.2025
Göygöldə hamilə qadın və körpənin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA
11:32 26.02.2025
"Vətəndaş mətbəxdə diş çəkdirirsə, Səhiyyə Nazirliyi buna cavabdeh ola bilməz"
11:30 26.02.2025
Regionlarda gənclərin iştirakı ilə Xocalı qurbanları yad edilib - FOTOLAR
11:18 26.02.2025
"Plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq"
11:14 26.02.2025
Xocalını sonuncu tərk edən Ramiz Məmmədov: "Ölmüş anasının sinəsində donan uşaq gördüm"
10:42 26.02.2025
Bakıya yenidən qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
10:41 26.02.2025
Nazlı Sabancı soyadını sildi - Boşanırlar
10:35 26.02.2025
Gələn ilin sonuna qədər Ağdama 20 min əhali köçürüləcək
10:20 26.02.2025
İlham Əliyev və Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
10:16 26.02.2025
Türkiyə XİN: Azərbaycanın ağrısını qəlbimizdə daşıyırıq
10:13 26.02.2025
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına getdi
09:58 26.02.2025
Zığda evdə yanğın olub - Ölən var