Azərbaycanda ər əmisi qızı olan arvadını qətlə yetirdi

KRİMİNAL
00:21 14.07.2014
2403

Ağcabədidə ər arvadını qətlə yetirib. 

APA-nın xəbərinə görə, hadisə iyulun 13-də Ağcabədi şəhəri Qarabağ küçəsi, ev 17 ünvanında baş verib. Şəhər sakini, 1978-ci il təvəllüdlü İsgəndərov Ərəstun Nizami oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1986-cı il təvəllüdlü İsgəndərova Lalə Səfər qızını bıçaqla öldürüb.   Məlumata görə, hadisə baş verən vaxt Ə. İsgəndərov sərxoş olub.   Onun bu əməli qısqanclıq zəminində törətdiyi bildirilir.   Lalə İsgəndərova ərinin həm də əmisi qızıdır.   Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR