Azərbaycanda erməni dilində sayt fəaliyyətə başladı

Azərbaycanda erməni dilində sayt fəaliyyətə başladı
SOSİAL
17:46 23.07.2021
690
Azərbaycanda erməni dilində də fəaliyyət göstərən Zinvor.info saytı fəaliyyətə başlayıb.

"Zinvor.info” saytının məqsədi erməni dilində hərbi məsələlərə dair dəqiq məlumat və təhlillər verməkdir.

Saytda Prezident İlham Əliyevin müharibə vaxtı və sonrasında səsləndirdiyi tarixi bəyanatlar, Qarabağ müharibəsi, Zəngəzur məsələsi, Zəngəzur dəhlizi barədə tarixi və siyasi analizlər, müharibə dövründə Azərbaycan Ordusunun qəhrəmanlığı barədə erməni dilində yazılar dərc olunur. Saytda Azərbaycan Ordusunun müharibə zamanı göstərdiyi şücaət barədə videoxronika təqdim olunub.

Saytın iki dildə – Azərbaycan və erməni dillərində fəaliyyət göstərməsi planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR