Azərbaycanda ət kəskin bahalaşdı: 1 kq-ı 11-12 manat oldu

Azərbaycanda ət kəskin bahalaşdı: 1 kq-ı 11-12 manat oldu
SOSİAL
16:22 20.02.2017
11607
"Paytaxtda və bölgələrdə mal ətinin qiyməti kəskin artıb”.

Bunu açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, hazırda Bakıda mal ətinin 1 kloqramı 12 manat 50 qəpiyə satılır:

"Bəzi yerlərdə isə 11 manat 50 qəpik arasındadır. Azərbaycanda mal ətinin qiyməti əvvəlki ilə müqayisədə çox yüksəkdir. Amma əhalinin alıcılıq qabiliyyəti çox aşağıdır. Əhalinin əsas hissəsi bu gün mal və qoyun əti almaq imkanında deyil. Hətta onlar toyuq ətini belə ala bilmirlər.”

Vahid Məhərrəmov Novruz bayramı ərəfəsində mal və qoyun ətinin qiymətində yenidən artım müşahidə olunacağını da proqnozlaşdırıb.
 
///aznews.az
OXŞAR XƏBƏRLƏR