AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, İsmayıllıda bayramdan sonra ətin qiymətində nisbətən artım var.
Bayram ərəfəsində satışın artırılması məqsədilə ət məhsullarında müəyyən endirimlər tətbiq olunsa da, indi qiymət yenidən cüzi artıb. Məsələn, İsmayıllıda dana əti 15, quzu əti 17 manata təklif olunur.
Alıcılar ətin qiymətindən razı olduqlarını bildirirlər. O da bildirilir ki, son 10 gündə ətin ucuzlaşması müşahidə olunur.










































