Azərbaycanda evdə qalan qadın müğənnilər kimlərdi? - SİYAHI

MAQAZİN
00:05 07.11.2013
3356

Azərbaycan şou-biznesində evində toy çalınan müğənnilərin sayı durmadan artır.Son bir neçə gündə bu siyahıya İradə İbrahimovanın bacısı vizajist Nigar İbrahimova, “Yeni Ulduz” yarışmasının iştirakçısı Aygün də qoşulub.

Məşhurlar yaradıcılıq işlərindən daha çox öz şəxsi həyatları ilə gündəmdə qalmaq üçün xüsusi olaraq şayələr yayır və bu tendensiyadan öz şəxsi bizneslərinin inkişafına xidmət edirlər. Təbii ki, şou-biznes əhlinin bu cür cılız “mexanizm”lərdən istifadə edərək toy qiymətlərini qaldırması heç kəs üçün sirr deyil.

Müğənnilərdən çoxu əsasən Azərbaycan vətəndaşı olmayan şəxslərə, ən çox da Türkiyə vətəndaşlarına ərə gedirlər. Bu siyahıya İradə İbrahimovanın, Gülyanaq Məmmədovanın, Səidə Dadaşovanın, Yeganənin adı əlavə etmək olar.

Təbii ki, cəmiyyətdə bu birmənalı qarşılanmır. Şou-biznes əhlinin Türkiyə şou-biznesinə transfer olunmaq istəyi və daha çox sərbəst yaşamaq üçün bu cür “razılaşdırılmış evlilik”lərə üstünlük verdiklərini inkar etmək olmaz.

Bir sıra mənbələrdə Azərbaycan şou-biznesində olan qadın müğənnilərin bir çoxunun sponsorları ilə gizli münasibətləri də olduğu deyilir. Hətta bəzi yüksək ranqlı məmurların da bu “sponsorluq” fəaliyyəti ilə yaxından məşğul olduğu iddia olunur.

Bəs hələ də evlilikdən qaçan və ərə getməyən qadın müğənnilər kimlərdir?

Showlife.az olaraq bu siyahıda olan ilk 10 müğənninin adını təqdim edirik:

1.Xumar Qədimova2. Sevda Ələkbərzadə3.Azəri qızı Günel4.Pişik Günel Ələkbərova

5.Günay İbrahimli

6.Səidə Sultan

7.Sevda Yahyayeva8.Natavan Həbibi9. Ayan Babakişiyeva10. Lamiyə Novruzova

Adları sadalanan müğənnilər bu günə qədər şəxsi həyatlarında olan qalamaqallarla gündəmdə qalıblar. Onların bəzlərinin adları daha çoxu iri ranqlı məmurların övladları və yaz özləri ilə çəkilir. Bu məlumatların nə qədər dəqiq olub-olmaması ilə bağlı heç bir əlavə informasiya olmasa da, hər halda bizə qalan məşhur atalar sözü ilə yekunlaşdırmağı qərara aldıq – “Od olmayan yerdən tüstü çıxmaz”.www.showlife.az

OXŞAR XƏBƏRLƏR