Azərbaycanda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Azərbaycanda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
SOSİAL
22:30 20.05.2023
173

Abşeron rayonunun Masazır qəsəbəsindəki evlərin birindən 10 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə AZXEBER.COM-a DİN-dən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aqşin Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR