Azərbaycanda evdən üç kişinin meyiti tapıldı

Azərbaycanda evdən üç kişinin meyiti tapıldı
SOSİAL
12:49 07.01.2022
1451
Abşeron rayonunda 3 nəfər dəm qazından boğularaq ölüb.

Bu barədə AZXEBER.COM-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, hadisə yanvarın 6-da rayon ərazisində yerləşən evlərin birində qeydə alınıb.Belə ki, 1965-ci il təvəllüdlü Gülağa Əliyev, 1966-cı il təvəllüdlü Akif Nərimanov və 1981-ci il təvəllüdlü Elşən Alışov kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR