Azərbaycanda fəhlələri daşıyan avtobus aşdı - FOTO

SOSİAL
21:38 29.09.2019
10757
Bu gün səhər saatlarında Neftçala rayonunun Qaraqaşlı kəndində yerləşən quşçuluq fabrikinə məxsus "PAZ-672” markalı avtobus kənd ərazisində yoldan çıxaraq aşıb.

AZXEBER.COM virtualaz.org-a istinadən xəbər verir ki, hadisə baş verən zaman avtobus yavaş sürətlə hərəkət etdiyindən fabrikə işə gedən fəhlə qadınlardan bir nəfər - Salyan şəhər sakini, 48 yaşlı Könül Məmmədhəsən qızı Abdulova xəsarət alıb.

O dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR