Azərbaycanda fevralın 21-də 59 cinayət faktı qeydə alınıb

Azərbaycanda fevralın 21-də 59 cinayət faktı qeydə alınıb
17:27 22.02.2013
890

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 59 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onların da 32-si “isti izlər”lə açılıb.

Həmçinin ötən günlərdən bağlı qalmış 14 cinayətin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 14 nəfər isə yaralanıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.Cinayət törətdiklərinə görə 35 nəfər tutulub.

OXŞAR XƏBƏRLƏR