Azərbaycanda film kimi hadisə: qadın həkimin əl-qolunu bağlayıb...

Azərbaycanda film kimi hadisə: qadın həkimin əl-qolunu bağlayıb...
SOSİAL
13:06 07.05.2017
1386
Biləsuvar şəhərində oğurluq hadisəsi baş verib.

"Report"un Cənub bürosunun xəbərinə görə, naməlum şəxslər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının həkimi Göyçək İbarahimovanın evinə daxil olaraq əvvəlcə onun əl-qolunu bağlayıblar, daha sonra isə evdə olan qızıl-zinət əşyalarını oğurlayaraq qaçıblar.

Faktla bağlı araşdırma aparılır. Oğruların tapılması istiqamətində əməliyyat-axtarış tədbirlər həyata keçirilir.
 
Qeyd edək ki, G.İbrahimova Biləsuvar MRX-nın Laboratoriya şöbəsində işləyir.

OXŞAR XƏBƏRLƏR