Faktla bağlı araşdırmalar davam etdirilir.
Ağcabədi rayonunda qətl törədilib.
AZXEBER.COM xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Ağcabədi şəhər sakini, 1932-ci il təvəllüdlü Məmmədov Ənvər Qəmbər oğlu yaşadığı evdə naməlum şəxs tərəfindən qətlə yetirilib.
82 yaşlı kişinin baş nahiyəsində küt alətlə yetirilmiş xəsarətlər aşkarlanıb.
Digər məlumata görə, 82 yaşlı Ə.Məmmədov 2 gün əvvəl dünyasını dəyişib və hamı onun öz əcəli ilə öldüyünü zənn edirmiş. Yaxınları dəfnə hazırlaşdığı bir vaxt mərhumun Rusiyada yaşayan oğlu Ağcabədiyə gəlib. O, atasının baş nahiyəsində olan xəsarətin qəsdən yetirildiyini düşünüb və məsələnin hüquq-mühafizə orqanları tərəfindən aydınlaşdırılmasını lazım bilib. Bundan sonra hüquq-mühafizə orqanları meyitə baxış keçirib və 82 yaşlı kişinin başına küt alətlə yetirilmiş ağır xəsarət nəticəsində qətlə yetirildiyi məlum olub.
Qeyd edək ki, 82 yaşlı Ə.Məmmədov həyat yoldaşı ilə birgə yaşayırmış. Hadisə baş verən vaxt o, evdə tək olub. Evə qayıdan həyat yoldaşı Ə.Məmmədovun meyitini mətbəxdə aşkarlayıb və onun öz əcəli ilə öldüyünü düşünüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.