Azərbaycan Topaz Premyer Liqasının XVIII turu çərçivəsində "Şəfa" stadionunda keçirilən "İnter" - "Bakı" oyunu komandamız üçün ağır itki ilə nəticələnib.
AZXEBER.COM-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunun 55-ci dəqiqəsində "Bakı"nın qapıçısı Edin Nuredinoski "İnter"in hücumçusu Samir Zərgərovla toqquşaraq başından ciidi zərbə alıb. Bir müddət hüşünü itirən qapıçı təcili yardım avtomobli ilə xəstəxanaya çatdırılıb. Qapıçını Mərkəzi gömrük klinikasına müşayət edən həkimRafiq Hüseynovun açıqlamasına əsasən, Nuredineskinin zədəsi ciddidir. Makedoniyalı qolkiper güclü zərbədən yaddaşını itirib. Tomoqrafiya çəkilişinin analizi həyat üçün təhlükə olmadığını göstərsə də, vəziyyət cidiliyini qoruyur.
Ikinci dəfə müayinə olunan qapıçımızın durumunun ağır olduğu bir daha təsdiqini tapdı. Həkimlərin yekdil rəyinə əsasən, Nuredineski ən azı 2 gün ciddi nəzarətdə olacaq. Makedoniyalı futbolçumuzun xəstəxananı nə zaman tərk edəcəyi də 2 gündən sonra məlum olacaq.