Azərbaycanda futbolunda analoqu olmayan saxtakarlıq

İDMAN
16:00 19.05.2014
2261

Azərbaycan çempionatının 1-ci dəstəsinin sonuncu turunda Yevlaxda keçirilən oyunun nəticəsi böyük şübhə yaradıb.

AZXEBER.COM Publika.az-a istinadən xəbər verir ki, “Karvan” – MOİK görüşündə komandaların əvvəlcədən razılığa gələrək nəticəni müəyyənləşdirdiyi bildirilir. Qarşılaşmada nəinki nəticə, hətta qapılara vurulan qolların müəlliflərinin də əvvəlcədən müəyyənləşdirildiyi iddia olunur. Belə ki, 5:5 hesabı ilə başa çatan qarşılaşmada “Karvan”ın bütün qollarını Əli Bağırov vurub. Bu nəticədən sonra Əli Bağırov bombardirlər sırasında 4 top geridə olduğu “Araz Naxçıvan”ın futbolçusu David Çanalidzeni geridə qoyub. MOİK-in 5 qolundan 4-ünə isə Məhəmməd Bədəlbəyli imza atıb.

AFFA-nın olduqca şübhəli təsir bağışlayan bu qarşılaşma ilə bağlı araşdırma aparıb-aparmayacağı məlum deyil.

OXŞAR XƏBƏRLƏR