Azərbaycanda gələn il nə qədər neft və qaz hasil olunacaq? - PROQNOZ

İQTİSADİYYAT
13:30 19.08.2013
1679

Azərbaycanın neft hasilatı ilə bağlı yeni büdcəsi hazırlanır.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında gələn ilki büdcədə dəyişiklik olmayacağını, neft hasilatı ilə bağlı proqnozun bu ilki həddə olacağını bildirib.

ARDNŞ prezidenti R. Abdullayev qeyd edib ki, gələn il də bu il olduğu kimi 42.2 mln ton neft hasil olunacağı proqnozlaşdırılır. 

R. Abdullayev təbii qaz hasilatı proqnozunda da dəyişiklik olmayacağını qeyd edib.

Gələn il də bu il olduğu kimi 28.8 mlrd. kubmetr qaz hasilatı proqnozlaşdırılır.  

OXŞAR XƏBƏRLƏR