07:18 Bazar Ertəsi, 09 Dekabr 2019
SOSİAL

Azərbaycanda gənc oğlan heyvan bazarında ölümcül döyüldü

16:17, 15.11.201910912
Azərbaycanda gənc oğlan heyvan bazarında ölümcül döyüldü
Bərdə rayonunda gənc oğlan döyülüb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun heyvan bazarında baş verib.

Bərdə rayonu, Xamtorpaq kənd sakini, 1991-ci il təvəllüdlü Möylanverdiyev Ədalət Möylanverdi oğlu bazar ərazisində olarkən naməlum şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər onu ağac parçası ilə döyərək hadisə yerindən qaçıb.

Ə.Mövlanverdiyev qapalı kəllə beyin travması və ağır bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb, sonradan isə Bərdə rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

XƏBƏR LENTİ