Azərbaycanda gənclər niyə oruc tutmur? - ARAŞDIRMA

MƏDƏNİYYƏT
13:16 01.08.2013
2664

İslamda ilin 12 ayı arasında ən önəmli, müqəddəs ay məhz Ramazan ayı hesab edilir.

Təsadüfi deyil ki, Ramazan ayı "on bir ayın sultanı" adlandırılır.

Bu gün Azərbaycanda kifayət qədər oruc tutanlar olsa da, bir qrup insanlarda oruca tutmağa qarşı meyl azalıb. Bu kateqoriyaya da ən çox gənclər aiddir. Hazırda ölkədə oruc tutanların çoxunu 30 yaşdan yuxarı yaş qrupları təşkil edir.

Gənclər niyə oruc tutmurlar?

Ölkədə hər 5 gəncdən 1-i oruc tutur. Buna səbəb isə Ramazan ayının yay aylarına təsadüf etməsidir. Belə ki, istirahətlərinə korluq vermək istəməyən gənclər yaxşı dincələ bilmək üçün orucdan imtina edirlər. Bəzi gənclər isə “ürəyim xəstədir”, “mənim aclığa dözümüm yoxdur” kimi ifadələr ilə bahanələr gətirirlər. Artıq 4 ildir ki, Azərbaycanda orucluq ayı yay mövsümünə təsadüf edir. Ramazan ayının ilin ən isti günlərinə düşməsi və oruc tutmaq müddətinin daha uzun olması insan orqanizminin zəifləməsinə səbəb olur. Nəzərinizə çatdıraq ki, indi oruc tutanların əksəriyyəti xanımlardır.

Oğlanların oruc tuta bilməmələrinin əsas səbəblərindən biri siqaret istifadəçiləri olmalarıdır. Belə ki, onlar siqareti tərgidə bilmədikləri üçün oruc da tuta bilmirlər. Orucluq ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək olmaz. Bundan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, səfərdə olanlar azaddırlar. Gənclərə gəlincə isə bu onların dini borclarıdır.

Artıq Ramazan ayının 22 gününü geridə qoymuşuq. Ramazan ayı girən gündən gənclər arasında maraqlı vəziyyət yaranıb. Misal üçün, yaşlı nəslin nümayəndələri “Orucam” kəlməsini eşitdikdə Allah qəbul etsin deyirsə, müəyyən gənclərdə bu fərqlidir. Belə ki, gənclər bu cavaba “işin gücün qutarıb” kimi reaksiya verirlər. Bununla yanaşı, kifayət qədər oruc tutan gənclərimiz də var.

Yayın istirahəti, yoxsa orucluq?

“Oruc” sözünün mənası “çəkinmək”, “Ramazan” isə “yandırmaq” deməkdir. Yayda tutulan oruc insana daha çox savab qazandırır. Gənclər istirahətlərindən imtina etmədən də oruclarına davam edə bilərlər. Təbii ki, bu zaman meşələrdə təşkil etdiyimiz pikniklərdən imtina etməliyik. 

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR