Azərbaycanda general-leytenant dünyasını dəyişdi: Sabah 60 yaşı olacaqdı

Azərbaycanda general-leytenant dünyasını dəyişdi: Sabah 60 yaşı olacaqdı
SOSİAL
22:20 03.08.2020
11432
Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenant Firudin Nəbiyev dünyasını dəyişib.
 
AZXEBER.COM xəbər verir ki, F.Nəbiyev Türkiyədə vəfat edib. 

Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə anadan olub. 2006-cı ildə ona general-mayor hərbi rütbəsi verilib. 2012-2018-ci illərdə Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində işləyib. 2012-ci ildə ona III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib. 

F.Nəbiyevin sabah 60 yaşı olacaqdı.

Qeyd edək ki, generalın ölümü barədə ilk məlumatı gununsesi.info yayıb. 
OXŞAR XƏBƏRLƏR