Azərbaycanda geyimə görə 15 yaşlı qız intihar etmək istədi

Azərbaycanda geyimə görə 15 yaşlı qız intihar etmək istədi
SOSİAL
10:42 13.12.2021
412
Xaçmaz rayonunda intihara cəhd baş verib.

Hadisə Xanoba kəndində qeydə alınıb.

Kənd sakini, 2006-cı il təvəllüdlü T.Əliyeva gecə saatlarında özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asıb.

Lakin o, anası tərəfindən xilas edilib. T.Əliyeva Təcilli Tibbi Yardımla Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Yaxınlarının sözlərinə görə, 15 yaşlı qızın özünə qəsd etməsinin səbəbi onun istədiyi geyim əşyalarının alınmamasıdır.

Faktla bağlı araşdırma aparılır.
 
///Publika.az
OXŞAR XƏBƏRLƏR