Azərbaycanda gömrük məsələləri üzrə ilk konsaltinq şirkəti fəaliyyətə başladı

Azərbaycanda gömrük məsələləri üzrə ilk konsaltinq şirkəti fəaliyyətə başladı
SİYASƏT
23:31 28.01.2024
420
Ölkədə vergi məsələləri üzrə bir sıra konsaltinq şirkətləri fəaliyyət göstərsə də, "Fikrət Ələsgərli və partnyorları gömrük və vergi məsələləri üzrə konsaltinq" Məhdud Məsuliyyətli Cəmiyyəti gömrük məsələləri üzrə ilk və tək konsaltinq şirkətidir. Şirkətin rəsmi açılış və konsepsiyasının təqdimat mərasimindən öncə kollektiv Fəxri Xiyabanda Ümummilli Liderimiz Heydər Əliyevin məzarını ziyarət edib.


AZXEBER.COM xəbər verir ki, açılış mərasimi vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Şirkətin direktoru əməkdar hüquqşünas, BMT-nin və Ümumdünya Gömrük Təşkilatının eksperti Fikrət Ələsgərli ətraflı məlumat verərək bildirib ki, Şirkət ölkədə şəffaf biznes mühitinin formalaşmasında, sahibkarların qanuni tələblərinə və ehtiyaclarına uyğun peşəkar hüquqi xidmət sisteminin təkmilləşdirilməsində yaxından iştirak etmək məqsədilə yaradılıb. Missiya xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxsləri gömrük və vergi sahəsində qanunvericiliyin tələbləri barədə maarifləndirmək, qanuni hüquqlarını izah etmək və bu hüquqların müdafiəsində onlara dəstək olmaqla cəmiyyətdə hüquq mədəniyyətini yüksəltməkdir. Fikrət Ələsgərli vurğulayıb ki, Şirkət qanunun aliliyini əldə rəhbər tutaraq, müştərilər üçün istənilən vəziyyətdə optimal həllər tapmaq imkanına malikdir. "Biz öz fəaliyyətimizdə hər zaman obyektivlik prinsipinə sadiq qalaraq, faktlara söykənən düzgün və dəqiq məlumatlar əsasında yalnız nəticə üçün çalışırıq. Komandamızın təcrübəsi və peşəkarlığı qarşıya qoyulan tapşırığın öhdəsindən gəlməyə və məqsədə çatmağa imkan verir. Keyfiyyətli xidməti müştərilərimiz bizimlə əməkdaşlıqla müəyyən edəcəklər” deyə Fikrət Ələskərli vurğulayıb.

Tədbirdə iştirak edən xarici iqtisadi fəaliyyət iştirakçıları, tanınmış hüquqşünas və vəkillər, ekspertlər, partnyor şirkətlərin nümayəndələri, media təmsilçiləri, QHT nümayəndələri və ziyalılar çıxış edərək uzun illər gömrük və vergi orqanlarında xidmət etmiş mütəxəssislərdən ibarət komandaya gələcək
fəaliyyətində uğurlar arzulayıb.

Yeri gəlmişkən, "Fikrət Ələsgərli və partnyorları gömrük və vergi məsələləri üzrə konsaltinq" şirkəti Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Ə.Quliyev küçəsi 1131 ünvanındakı "Babək Plaza” iş mərkəzinin C blokunun 9-cu mərtəbəsində yerləşir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
21:44 29.07.2025
Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
21:33 29.07.2025
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
21:26 29.07.2025
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
21:21 29.07.2025
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
21:05 29.07.2025
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
20:53 29.07.2025
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
20:40 29.07.2025
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
20:35 29.07.2025
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
Tokayev Ərdoğanla müzakirə apardı
20:22 29.07.2025
Tokayev Ərdoğanla müzakirə apardı
Şərurda 16.5 ton ot bağlaması yanıb
20:18 29.07.2025
Şərurda 16.5 ton ot bağlaması yanıb
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
20:08 29.07.2025
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
19:57 29.07.2025
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
19:36 29.07.2025
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
19:09 29.07.2025
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”
18:57 29.07.2025
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”
Moskva-İrəvan reysləri ləğv olundu
18:56 29.07.2025
Moskva-İrəvan reysləri ləğv olundu