Azərbaycanda gömrükdəki monopoliya aradan qalxır - Yeni islahatlar gedəcək!

Azərbaycanda gömrükdəki monopoliya aradan qalxır - Yeni islahatlar gedəcək!
SİYASƏT
11:54 06.01.2016
2913

Dövlət başçısı gömrüklə bağlı vədinə əməl etdi; Xaricdən gətirilən malların qeydiyyat prosesinin sadələşdirilməsi İlham Əliyevin hakimiyyəti dövründə verilən tarixi qərar kimi qiymətləndirilir; tezliklə ölkənin biznes mühitinin əhəmiyyətli dərəcədə sağlamlaşacağı gözlənilir, əhali bunun xeyrini öz həyatında nə zaman hiss edəcək?

Azərbaycan iqtisadiyyatını dirçəldəcək, ölkədə normal ticari rəqabət mühiti yaradacaq və ən əsası qiymətlərin ucuzlaşmasına səbəb olacaq sensasion qərar verilib. İnhisarçılıqla bağlı tənqidlər ölkə başçısı İlham Əliyevin çıxışlarında son aylar daha çox səslənirdi. Ötən ilin fevralında manat dollara nisbətdə 30 faizdən çox ucuzlaşandan sonra inhisarçılığın ləğvini ən vacib məsələ kimi gündəmə gətirmişdi.
Prezidentin tapşırıq və qərarlarından sonra Gömrük Komitəsində sahibkarlarla mütəmadi görüşlər keçirilməyə başlanmışdı ki, bu da tezliklə gözlənilən qərarın veriləcəyinə işarə idi. Dekabr ayında manat yenidən 50 faizə yaxın dəyərini itirəndən sonra bütün məhsulların qiymətinin də iki dəfə qalxması hökuməti bəzi addımlara məcbur etdi.
Prezident həm yerli istehsalda, həm də idxalda inhisarçılığın yolverilməz olduğunu dəfələrlə vurğulayaraq “gömrükdə şəffaflıq” yaradılacağını vəd etmişdi. Son olaraq dekabrın 29-da dövlət başçısı 2016-cı ildə idarəetmə sahəsində islahatların “yeni formatda” davam etdiriləcəyini, vergi və gömrük orqanlarının fəaliyyətində şəffaflığın təmin olunacağını vəd etmişdi.
Məlumata görə, dekabrın 30-da Gömrük Komitəsində kollegiya iclası keçirilib və bir sıra ciddi qərarlar verilib. Bu o deməkdir ki, artıq iş adamları ölkəyə gətirdikləri bütün məhsulları özləri gömrük rəsmiləşdirməsindən sərbəst şəkildə keçirə biləcəklər. Bunun üçün qanunvericilikdə nəzərdə tutulan sənədlərin qaydasında olması və yalnız dövlət rüsumlarını ödəmək kifayətdir. Bu həm də Azərbaycana gətirilən məhsulların çeşidi ilə bağlı qoyulmuş qadağaların birmənalı aradan qaldırılması deməkdir.
Aydındır ki, dolların bahalaşdığı vaxtda bu sahədə qeyri-şəffaflığın olması ölkədə bahalaşmaya səbəb olurdu. Gətirilən malların qeydiyyat prosesinin sadələşdirilməsi, idxalçılara heç bir maneəsiz ölkəyə gətirdiyi malları sənədləşdirib daxili bazara çıxara bilmək imkanlarının yaradılması İlham Əliyevin hakimiyyəti dövründə verilən tarixi qərar kimi qiymətləndirilir.
Gömrük liberallaşması tez bir zamanda ölkənin biznes mühitinin əhəmiyyətli dərəcədə sağlamlaşdırılmasına xidmət edəcək, əhali də bunun xeyrini öz cibində, xərclərində, dükan-bazarda hiss edəcəkdir. Sadə bir misal: İranda kartof illərdir 20 qəpikdən alınıb Azərbaycan xalqına 70-80 qəpiyə satılırdı. Bu islahatdan sonra isə məcbur olub gətirdikləri malın bazarda rəqabət mühitində satılması üçün qiyməti 40 qəpik edəcəklər.
Gömrük Komitəsinin sədri Aydın Əliyev ötən il oktyabrında ANS TV-yə müsahibəsində bu sistemdəki inhisarçılıqla bağlı sualın cavabında demişdi ki, buna səbəb “iri şirkətlərin daxili bazara idxal zamanı yaratdığı hegemonluqdur”.
Aydın Əliyev qeyd etmişdi ki, inhisarçılığa maarifləndirmənin aparılmaması səbəb ola bilər:“Burada bizim də səhvimiz var. Bu, nəzərə alınaraq iş adamlarının arasında bu məsələyə daha ciddi yanaşılacaq. Azərbaycan bazarı getdikcə sivil formada inkişaf edir. Burada inhisarçılıq dedikdə, bəziləri anlamır ki, artıq dünyada tanınmış bir sıra istehsalçıların malları bazara nümayəndəlik şəklində gəlir. Əgər kimsə nümayəndəliyin hüququna toxunursa və malı gətirmək istəyirsə, onda idxalçı tərəfindən də tədbirlər görülə bilər. Əsas işimiz isə buna yol verməmək və şəffaflığın təmin olunmasıdır. Yəni məqsəd bərabərhüquqlu iqtisadi əlaqələrin aparılmasıdır”.
Yeni Müsavat
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb