Azərbaycanda güclü qar yağıb

Azərbaycanda güclü qar yağıb
SOSİAL
11:14 31.03.2018
6944
Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsində hava şəraiti kəskin dəyişib.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə,  bölgəyə qar yağmağa başlayıb.
 
Quba və Qusarın dağlıq ərazilərinə 26 sm qalınlığında qar yağıb. Havanın temperaturu mənfi 1-6 dərəcə arasında dəyişir.
 
Qubanın Xınalıq kəndinə 26 sm, Qırız kəndində 17 sm, Qusarın Ləzə kəndində isə 20 sm qalınlığında qar yağıb. Quba və Qusarın rayon mərkəzində isə qarın hündürlüyü 3-9 sm-dir. 
OXŞAR XƏBƏRLƏR