Azərbaycanda güclü yanğın: kollecin 8 otağı kül oldu

Azərbaycanda güclü yanğın: kollecin 8 otağı kül oldu
SOSİAL
10:40 26.02.2020
2207
Zaqatalada yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Zaqatala rayonunda ümumi sahəsi 1000 m² olan Dövlət İdarəetmə və Texnologiya Kollecinin yerləşdiyi birmərtəbəli binanın 8 otağının və dam örtüyünün yanar konstruksiyaları 350 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR