Azərbaycanda Gürcüstana gedən qatarda kimyəvi maddə dağıldı
17:15 01.03.2013
984
Azərbaycanda Gürcüstana gedən qatarda kimyəvi maddə dağılıb.AZXEBER.COM-un məlumatına görə, Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonu ərazisində Karrar dəmiryol stansiyasının yaxınlığında Sumqayıt şəhərindən Rustavi şəhərinə (Gürcüstana) gedən yük qatarının sisternlərindən birində kimyəvi maddənin (sulfat turşusu) sızması qeydə alınıb.